Bütün ermənilərin katolikosu II Qaregindən istefaya getməsini tələb edən bir qrup nümayişçi onun Eçmiədzindəki dəftərxanasına soxulmağa cəhd göstərib.

Ermənistan polisinin Mətbuat xidməti bina ətrafında keşik çəkən polislərin onların qarşısını almasına baxmayaraq, etirazçıların katolikosa qarşı şüarlar səsləndirdiyini bildirib.

Qeyd edək ki, II Qareginin vəzifəsindən istefa verməsi tələbi ilə etirazlar iyun ayından başlayıb.

İstinadlar Report