Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə, Şəhərsalma məsələləri və Elm, təhsil və mədəniyyət məsələləri üzrə işçi qrupların və bir qrup jurnalistin Füzuliyə, Hadruta, Şuşaya səfəri başlayıb.

Səfər zamanı Füzuli Hava Limanının tikintisi ərazisinə baxış keçiriləcək.

Eyni zamanda Füzuli şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı təqdimat ediləcək. Bununla yanaşı, Füzuli – Hadrut avtomobil yolunda minatəmizləmə işləri ilə tanışlıq aparılacaq və Zəfər Yolunun tikintisinə baxış keçiriləcək. Səfər zamanı Şuşa şəhərinin ərazi planlaşdırma sənədlərinin hazırlanması ilə bağlı qısa məlumat veriləcək. Şuşa şəhərində Suşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna, Şuşa Avtovağzalının binasına və mövcud yol infrastrukturuna baxış keçiriləcək.

İstinadlar Report