Azərbaycanın Vətən müharibəsi apardığı bu çətin və şərəfli günlərdə Dünya Azərbaycanlıları da ölkə vətəndaşlarımız kimi əllərindən gələni etməyə çalışır.

Azərbaycan 24-ə bu tipli daha bir maraqlı hadisə barədə məlumat ABŞ-dan daxil olub.  Nyu-Yorkda yaşayan Azərbaycanlı Nigar Əliyeva bu ölkədə ermənilərin saxta təbliğatına mane olur, onların işlərini pozur. Belə ki, ermənilərin karabakdaily.com domenini alaraq Qarabağ haqda yalan təbliğat aparacaqlarını öyrənən Nigar onları qabaqlayaraq domeni alıb və Azərbaycan həqiqətlərini işıqlandıran sayt yaradlb. Ermənilər domeni almaq üçün ona nə qədər pul təklif etsə də, domeni onlara satmaqdan imtina edib.

Nigarın Vətəni üçün işləri təkcə bunla bitmir. O ABŞ-da Azərbaycana dəstək aksiyalarında fəal iştirak edir, Ordumuza və Şəhid ailələrinə yardım fondlarına ianələr edir.

’Mən hər şeydən öncə Azərbaycanlıyam və vətənim mənim nəfəsimdir’ deyən Nigar bütün Azərbaycanlıları Vətənin çətin günlərində daha da bir, möhkəm və həmrəy olmağa çağırır.

Qeyd edək ki, 16 yaşından Amerikada yaşayan Nigar orada ən reytinqli ali məktəblərdə hüquq təhsili(City University of New York, John Jay College of Criminal Justice) alıb. O hazırda ABŞ və Azərbaycanda bir sıra xeyriyyə layihələri, eləcə də işgüzar layihələrin müəllifidir. Nigar ailəlidir və övladını da vətənpərvər ruhda böyüdür.