Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Respublikanın 8 şəhər və rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə araşdırma aparılıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Araşdırmalar zamanı Xaçmaz rayonunun Palçıqoba kəndi, Zaqatala rayonunun Muğanlı kəndi, Qusar rayonunun Avaran-Qışlaq kəndi, Şəmkir rayonunun Dəllər qəsəbəsi, Tovuz rayonu, İsmayıllı və Kəlbəcər şəhəri ərazisində, həmçinin Bakı şəhərində Nərimanov rayonunun Faiq Yusibov küçəsi 45, Səbail rayonunun Badamdar, Suraxanı rayonunun Əmircan qəsəbələrində ümumilikdə 378 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 90 min manatdan artıq ziyan dəyməsi məyyən edilib.

İstinadlar Report