Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafazadə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayət hadisəsini pisləyib.

Deputat uşaqların gözü önündə ərin arvadını qətlə yetirməsini dəhşətli qəddarlıq hadisəsi adlandırıb.

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?” – millət vəkili deyib.

Aytən Mustafazadə metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib:

“Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xatırladaq ki, Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevaya uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi endirib. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstinadlar axar