Ötən il Tufandağ istiqamətində yürüşə çıxmış alpinistlərin itkin düşməsindən bir il ötür.”Gilavar” hava və ekstrim idman klubu onların son şəklini şəklini paylaşıb.

Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Ekspertiza zamanı alpinistlərin ölümünə səbəb kimi bədəndəki ümumi hərarətin enməsi və soyuması olduğu göstərilib.



İstinadlar Qafqazinfo