Qazax və Hacıqabulda göldə boğulma hadisəsi baş verib.

Qaazacın Fərəhli kənd sakini 1993-cü il təvəllüdlü Ozan Rəşid oğlu İsmayılov göldə çimərkən boğulub.

Onun cəsədi sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hacıqabulun Birinci Udullu kəndi ərazisindəki süni göldə isə batdığı ehtimal olunan şəxsin axtarışları davam edir.

İstinadlar FHN, Qafqazinfo