Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Ceyms O’Brayn bir müddət əvvəl Konqresdəki çıxışında Ermənistan və Qarabağa görə Azərbaycanı hədələyərək ‘daha əvvəlki münasibətimiz olmayacaq’ demişdi. Bundan sonra rəsmi Bakı onun ölkəyə səfərinə qadağa qoymuş, yalnız Blinkenin Əliyevdən xahişi sonrasında Azərbaycan prezidenti xüsusi şərtlə buna icazə vermişdi.