Bakıda piyadanı ard-arda iki maşın vurub.

Hadisə noyabrın 7-də saat 18 radələrində Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində baş verib. 

Bakı şəhər sakini Orxan Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Firdovsi Zeynalovu vurub eyni istiqamətdə hərəkətdə olan “Zil” markalı avtomobilin altına atıb. Piyada hadisə yerində ölüb. “Zil” markalı avtomobilin sürücüsü, paytaxt sakini Elçin Ələsgərov avtomobillə birgə saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

İstinadlar Qafqazinfo