Binəqədi rayonunda içində külli miqdarda qızıl-zinət əşyaları və pul olan seyfdən oğurluq edən şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri davam etdirilir.
Belə ki, cari il avqustun 26-da vətəndaş Qardaşxan Orucov Daxili İşlər Nazirliyi (DİN) “102” Zəng Mərkəzinə məlumat verərək Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin pəncərəsinin sındırıldığını, mənzildə olan seyfin qapısının qırılaraq içərisindən külli miqdarda pul, eləcə də qızıl-zinət əşyalarının oğurlandığını bildirib.