AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Xurqada şəhərinin çimərlikləri bağlanır
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Ağ Ev Ukrayna ilə bağlı danışıqların perspektivini dəyərləndirib
  • Bu il Bakı-Tbilisi-Ceyhan xətti ilə 106,9 milyon barel neft nəql edilib
  • Denis Şmıqal: “Ukraynanın hərbi xərcləri 10 dəfə artıb”
  • Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxanılıb
  • Almaniya Prezidenti: “Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik”
  • Bakıda otluq və qamışlıq ərazi yanır
  • Şolts: “Almaniya müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik zəmanətini müzakirə edir”
  • Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Denis Şmıqal: “Ukraynanın hərbi xərcləri 10 dəfə artıb”
  • Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxanılıb
  • Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
  • Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”
  • Ufuk Ulutaş: “Şuşa Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə qaldıran məkandır”
  • Özbəkistan Prezidenti etirazçı Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb
  • Gürcüstan-Rusiya yolu bütün nəqliyyat növlərinə açıqdır
  • Fərid Şəfiyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
  • Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı
  • Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
  • Almaniyada qətl törədən azərbaycanlıya görə polis bir neçə obyekt və evə basqın edib
  • Rusiya Lisiçanskda möhkəmlənməyə çalışır
  • Leyla Əliyevanın doğum günüdür
  • BMT baş katibi Liviyadakı bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb
  • Şimali Koreya ABŞ-ı Avropa və Asiyada nüvə müharibəsi təhdidini yaratmaqda ittiham edib
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
21/05/2022 15:02
Türkiyə ilk dəfə olaraq “Akıncı” lazerlə idarə olunan raketi sınaqdan keçirib – VİDEO
02/07/2022 20:35
Təhlükə yaradan obyektin istismarı dayandırıldı – Video
02/07/2022 12:53
I qrup əlil yanan evdən belə xilas edildi – Video
02/07/2022 11:44
Murovdağ tuneli belə olacaq – Video
01/07/2022 15:59
Bakının bu qəsəbəsini ağcaqanadlar basıb – Video
01/07/2022 15:41
“Nizami City” Yaşayış Kompleksinin Satış Ofisi artıq fəaliyyətdədir! – VİDEO
01/07/2022 15:39
Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib – VİDEO
01/07/2022 14:05
Metronun yanında mənzil al, qaraj hədiyyən olsun – Fotolar+Video
01/07/2022 11:38
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir – VİDEO
01/07/2022 10:11
Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO
30/06/2022 17:46
Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO
30/06/2022 16:41
“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO
30/06/2022 12:23
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO
30/06/2022 11:31
Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO
30/06/2022 11:14
Solovyov Azərbaycandan üzr istədi – Video
30/06/2022 10:38
FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video
30/06/2022 10:32

Video xəbərlər

  • Türkiyə ilk dəfə olaraq “Akıncı” lazerlə idarə olunan raketi sınaqdan keçirib – VİDEO
  • Təhlükə yaradan obyektin istismarı dayandırıldı – Video
  • I qrup əlil yanan evdən belə xilas edildi – Video
  • Murovdağ tuneli belə olacaq – Video
  • Bakının bu qəsəbəsini ağcaqanadlar basıb – Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

03/07/2022
19:34 Xurqada şəhərinin çimərlikləri bağlanır
19:32 NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
19:17 Ağ Ev Ukrayna ilə bağlı danışıqların perspektivini dəyərləndirib
18:56 Bu il Bakı-Tbilisi-Ceyhan xətti ilə 106,9 milyon barel neft nəql edilib
18:41 Denis Şmıqal: “Ukraynanın hərbi xərcləri 10 dəfə artıb”
18:26 Türkiyədə Ukrayna taxılı daşıyan Rusiya gəmisi saxanılıb
18:17 Almaniya Prezidenti: “Ukraynanı Rusiya ilə danışıqlara məcbur etməyəcəyik”
17:53 Bakıda otluq və qamışlıq ərazi yanır
17:50 Şolts: “Almaniya müttəfiqləri ilə Ukraynaya təhlükəsizlik zəmanətini müzakirə edir”
17:44 Zeman Qərb ölkələrini Ukraynaya silah tədarükünə çağırıb
17:35 Qazaxıstanlı ekspert: “Türk dövlətləri ortaq dəyərləri, dili, mədəniyyəti qoruyaraq saxlayıb”
17:20 Slovakiya və Çexiya NATO-nun genişlənməsinə dair sənədləri tezliklə ratifikasiya edəcək
17:07 Bakıda 65 yaşlı kişinin meyiti tapılıb
17:05 “Bakmil” stansiyası istiqamətində qatarların iş qrafiki dəyişdirildi
16:59 Özbəkistan Milli Qvardiyası: “Qaraqalpaqda vəziyyət tam nəzarətdədir”
16:41 Yoluxanlarla bağlı son statistika
16:20 Mirziyoyev Qaraqalpaqda iğtişaşlar zamanı xəsarət alanlardan danışıb
16:11 Özbəkistan azad edilmiş ərazilərin bərpasında iştirak edəcək
16:03 Ufuk Ulutaş: “Şuşa Azərbaycan-Türkiyə əməkdaşlığını yeni səviyyəyə qaldıran məkandır”
15:58 Özbəkistan Prezidenti etirazçı Nukusda müşavirə keçirib, sakinlərlə görüşüb
15:56 Gürcüstan-Rusiya yolu bütün nəqliyyat növlərinə açıqdır
15:26 TDT baş katibinin müavini: “Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mədəniyyət beşiyidir”
15:20 Kraliça səlahiyyətlərinin bir hissəsini oğluna verdi
15:08 Fərid Şəfiyev: “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
14:56 II Elizabet öz səlahiyyətlərinin bir hissəsini şahzadə Çarlza ötürür
14:53 Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı
14:50 Şəmkirdə 37 yaşlı qadın bıçaqlanıb
14:47 Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
14:26 Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib
14:17 İtaliya XİN rəhbəri: “Ukraynadakı müharibəyə diplomatik yolla son qoyulmalıdır”
13:50 Avstriyalı nazirlər Türkiyəyə səfər edəcək
13:38 Fərid Şəfiyev: “İndi Şuşada türkün səsi eşidilir”
13:26 Azyaşlı övladları ilə küçədə qalan qadın nəzarətə götürüldü
13:17 Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb
12:38 Həftənin ilk iş gününün hava proqnozu
12:32 Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb
12:26 Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
12:11 Almaniyada qətl törədən azərbaycanlıya görə polis bir neçə obyekt və evə basqın edib
11:53 Küləkli və yağışlı hava nə vaxtadək davam edəcək?
11:20 Şavkat Mirziyoyev yenidən Nukusa gedib
11:05 Özbəkistan parlamenti Qaraqalpaqda fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanı təsdiqləyib
10:23 Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
10:08 Rusiya Lisiçanskda möhkəmlənməyə çalışır
10:05 ABŞ-da yüzlərlə aviareys ləğv edilib
09:56 Yük maşını yol kənarına aşdı
09:50 DİN polisin ölümü ilə bağlı açıqlama yaydı
09:46 Leyla Əliyevanın doğum günüdür
09:35 BMT baş katibi Liviyadakı bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırıb
09:11 Azərbaycanda at fermasının sahibi həbs edildi
08:56 Şimali Koreya ABŞ-ı Avropa və Asiyada nüvə müharibəsi təhdidini yaratmaqda ittiham edib
08:26 Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşüb
06:56 “Boko Haram”ın mədənə hücumu nəticəsində 30 Nigeriya əsgəri ölüb
06:26 Müharibə Araşdırmaları İnstitutu: “Rusiya yaxın vaxtda Luqanskın qalan ərazisinə nəzarəti tam ələ ala bilər”
06:08 KİV: “Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb”
05:32 Rusiyanın Ukrayna ilə sərhəd şəhərində partlayış olub, yaralananlar var
04:56 KİV: “Almaniya Ukraynanın üzvlüyündən sonra Aİ-də təsirini itirməkdən qorxur”
03:47 Serbiyada könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək
03:35 Ərzurumda iki avtomobil toqquşub, 9 nəfər yaralanıb
03:08 Yaponiya sahillərində Çinin üç hərbi gəmisi müşahidə edilib
01:47 Argentinanın iqtisadiyyat naziri istefa verib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Multimedia 21/05/2022 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyə ilk dəfə olaraq “Akıncı” lazerlə idarə olunan raketi sınaqdan keçirib – VİDEO

Multimedia 02/07/2022 20:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyə istehsalı olan hücum pilotsuz uçuş aparatı “Bayraktar AKINCI” PUA lazerlə idarə olunan raket sınaqdan keçirilib.

Məlumata görə, PUA Türkiyənin şimal-qərbində yerləşən Tekirdağ vilayətindəki Çorlu aviabazasından havaya qalxaraq, lazerlə idarə olunan qanadlı raketlə saxta düşmənin hədəfini dəqiqliklə vurub.

“Akıncı” PUA daha əvvəl “Anadolu Qartalı – 2022” təlimi çərçivəsində verilən tapşırıqları uğurla yerinə yetirib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Təhlükə yaradan obyektin istismarı dayandırıldı – Video

Multimedia 02/07/2022 12:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Oğuz rayonunun Xaçmaz kəndində “Yuxarı bazar yeri” adlanan ərazidə Xaçmaz kənd sakini Xəlilov Adil Gülməmməd oğlu tərəfindən yüksək gərginlikli hava elektrik xətlərinin altında və orta təzyiqli qaz xəttinin yaxınlığında neft məhsullarının qanunsuz satışı ilə məşğul olması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı vətəndaşın həqiqətən də yüksək gərginlikli hava elektrik xətlərinin altında, orta təzyiqli qaz xəttinin, fərdi yaşayış evləri və meşə massivinin bilavasitə yaxınlığında müxtəlif neft məhsullarının (benzin, ağ neft, sürtgü yağı və s.) qeyri-qanuni satışını həyata keçirdiyi və yanğın təhlükəsizliyi sahəsində çoxsaylı və ciddi qayda pozuntularının mövcud olduğu öz təsdiqini tapıb.

Qeyd olunanlar nəzərə alınaraq, yanğın təhlükəsizliyi sahəsində çoxsaylı qayda pozuntuları səbəbindən insan həyatı və sağlamlığına birbaşa təhlükə yaratdığı üçün Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən göstərilən obyektin istismarı dayandırılıb və hazırda faktla bağlı araşdırma aparılır.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

I qrup əlil yanan evdən belə xilas edildi – Video

Multimedia 02/07/2022 11:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Lənkəran şəhərinin Şəhidlər xiyabanı küçəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının Bağırova Fazilə Bilal qızına məxsus ümumi sahəsi 96kv.m olan 1 mərtəbəli 4 otaqlı evdə baş verdiyi və yanğın başlamış otaqda yataq xəstəsi olan vətəndaşın həyatı üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Yanğınsöndürənlər yanğına çevik müdaxilə edərək yayılmasına imkan vermədən yanğını qısa müddətdə söndürüb və ev sahibinin həyat yoldaşı yataqda olan I qrup əlil 1964-cü il təvəllüdlü Bağırov Ədalət Nəhmət oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Yanğın zamanı 4 otaqlı evin 1 otağında 1 ədəd xalça qismən yanıb, ev yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Murovdağ tuneli belə olacaq – Video

Multimedia 01/07/2022 15:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi (AAYDA) Murovdağ tunelinin tikintisi ilə bağlı videoçarx hazırlayıb.

Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.

Bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakının bu qəsəbəsini ağcaqanadlar basıb – Video

Multimedia 01/07/2022 15:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq”.

Bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonu, Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əvvəllər sözügedən ərazi dərmanlandığından belə hallar yaşanmayıb. Hazırda isə ərazi dərmanlanmır, üstəlik yaxınlıqdakı qrunt sularının yığıldığı gölün ətrafına məişət tullantılarının tökülməsi də buranı yaşanmaz hala gətirib.

“Yaxınlıqda göl var, bir neçə ay əvvəl gətirib həmin əraziyə məişət tullantıları tökmüşdülər. Sakinlərin etirazından sonra yığışdırıldı. Bundan sonra da ağcaqanad əlindən tərpənmək olmur. Axşam saatlarında qəsəbə zülmətə bürünür. Heç kim evində işıq yandırmır, çünki işıq yansa, evdə yatmaq mümkün olmaz. Həyətə çıxıb hava almağı isə heç ağlımıza gətirmirik. Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, çarə edən tapılmır”, – qəsəbə sakini Pərvin Zeynalov bildirib.

Oxumağa dəyər:   Argentinanın iqtisadiyyat naziri istefa verib

Məsələ ilə əlaqədar Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazi Abşeron rayonuna aid olsa da, orada xidmət prosesi Sabunçu rayonunun müvafiq şöbələri tərəfindən həyata keçirilir: “4-5 il əvvəl də belə bir problem qalxmışdı, sakinlər ağcaqanadların olmasından şikayətlənirdilər. Biz araşdırdıq, məlum oldu ki, həmin ərazilərdə dezinfeksiya işləri Sabunçu rayonunun aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Biz dəfələrlə sözügedən qəsəbənin bələdiyyəsinə müraciət etmişik ki, Abşeron rayonunun ərazi profilaktika-dezinfeksiya şöbəsi ilə müqavilə bağlasınlar. Lakin illərdir desək də, müqavilə bağlanmır, nəticədə aidiyyəti qurum gedib orada dezinfeksiya işləri həyata keçirə bilmir”.

Məsələ ilə əlaqədar Məmmədli bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab ala bilmədik.

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Nizami City” Yaşayış Kompleksinin Satış Ofisi artıq fəaliyyətdədir! – VİDEO

Multimedia 01/07/2022 15:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Yasamal rayonunda, metronun “Nizami” stansiyasının yaxınlığında yerləşən ən gözəl layihələrdən biri olacaq “Nizami City” yaşayış kompleksi yaşam komfortunuz üçün Sizlərə bütün mövcud olan şəraiti yaratmaqdadır. Stratejik olaraq əlverişli ərazidə yerləşən kompleks metro, dayanacaq, məktəb, uşaq bağçaları, eləcə də ticarət obyektləri və parklarla əhatə olunub.

9 korpusdan ibarət kompleksdə 1, 2, 3 və 4 otaqlı mənzilləri istəyinizə uyğun olaraq təmirli və ya təmirsiz şəkildə əldə edə bilərsiniz. Xüsusilə qeyd edək ki, planlama istəyinizə uyğun olaraq maneəsiz dəyişdirilə bilər. 2 mərtəbədən ibarət yeraltı, eləcə də yerüstü dayanacaq isə avtomobilinizi rahat şəkildə parklamanız üçündür. Kompleks yüksək texnologiyalar əsasında istehsal olunmuş yerli və xarici istehsalçılara məxsus materiallardan istifadə olunmaqla inşa edilir. Ekoloji təmiz rayonda yerləşən müasir layihəli binalar keramoqranit ilə üzlənmiş fasada, yanğın təhlükəsizliyi sistemi, 24 saat qorunan ərazi , yüksək tonnajlı su anbarı və generator, eyni zamanda uşaq oyun meydançası və istirahət zonalarıyla təchiz edilmiş qapalı həyətə malik olacaq. Möhtəşəm yaşayış kompleksində Siz də sakin olmaq istəyirsinizsə satış ofisinə üz tutmanız kifayətdir.

Oxumağa dəyər:   Şoyqu Ukraynanın Luqansk vilayəti üzərində tam nəzarətin əldə olunduğunu elan edib

Unutmayın, “Nizami City” xəyallarınızı gerçəkləşdirmək üçün xoşbəxtliyi inşa edir!

www.nizami-city-az

instagram: nizami.city

050 970 00 88

050 700 00 88

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib – VİDEO

Multimedia 01/07/2022 14:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların icrası zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, həmçinin mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə müvafiq rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib.

Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş qabiliyyətinə təsir edən mövzular barədə ətraflı fikir mübadiləsi aparılıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Metronun yanında mənzil al, qaraj hədiyyən olsun – Fotolar+Video

Multimedia 01/07/2022 11:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İnşaat sektorunda etibar qazanmış Bakıxanov Rezidens Komplekslər Qrupu Bakıxanov qəsəbəsində, “Koroğlu” metro stansiyasından cəmi 2 km aralıqda, Bəşir Bünyadov, 246 ünvanında (https://goo.gl/maps/7QGntLZbUX1qLJwQ7) inşa olunan daha bir maraqlı layihə təqdim edir. Yaşayış ünvanının metroya yaxın olmasına əsas önəm verənlər üçün “Koroğlu” layihəsi bir tapıntı olacaq. Eyni məsafədə həm də şəhərətrafı elektrik qatarlarının “Bakıxanov” stansiya yerləşir.

İki ondördmərtəbəli binadan ibarət olan bu yaşayış kompleksində ümumilikdə 182 mənzil nəzərdə tutulub. Alıcılar bir, iki və üçotaqlı mənzillərdən birini seçə bilərlər. Hər bir mənzildə ayrı mətbəx və eyvan nəzərdə tutulub. Sakinlərə hər blokda iki lift xidmət göstərəcək. Şirkətin digər layihələrində olduğu kimi, “Koroğlu” layihəsində də həyətdə sakinlər üçün skamya və çardaqların quraşdırılması, uşaqlar üçün isə xüsusi əyləncə guşəsinin yaradılması, videomüşahidə vasitəsilə 24 saatlıq mühafizənin təşkil olunması planlaşdırılıb. Fərdi su anbarı sayəsində sakinlər daimi su təchizatından yararlana biləcəklər. Sərfəli yatırım etmək və ya öz biznesini qurmaq istəyənlərə kompleksin birinci mərtəbəsindəki ticari sahələrin təklif olunur.  

Oxumağa dəyər:   "Boko Haram"ın mədənə hücumu nəticəsində 30 Nigeriya əsgəri ölüb

Müasir görünüşlü bu kompleksin hal-hazırda üçüncü mərtəbəsinin inşası gedir. Mənzilləri xüsusi qiymət və şərtlərlə almağın əsl vaxtıdır. Mənzillərin 1 m2 qiyməti nağd aldıqda 1150 manat, 36 aylıq faizsiz daxili kreditlə aldıqda isə ilkin ödənişdən asılı olaraq (50% və ya 35%) 1250 və ya 1300 manat təşkil edir. İyul ayında mənzilləri nağd alanları xüsusi təkliflər gözləyir. Belə ki, üçotaqlı mənzilə sahib olanlara qaraj hədiyyə olunacaq. İkiotaqlı mənzilə tam ödəniş edənlər, qaraja yarıqiymətinə sahib ola biləcəklər. Birotaqlı mənzillərin gələcək sakimləri isə qarajı 15% endirimlə əldə edə biləcəklər.

Tikintinin gedişatı, mənzillərin qiymətləri, kredit ödənişləri və planları ilə https://koroglu.rezidens.az/ linkindən tanış ola bilərsiniz. Yarana biləcək bütün suallarla bağlı “Facebook” və “Instagram” sosial şəbəkələr (@rezidens-az) və (050/055/070) 292 11 11 telefon nömrələri vasitəsilə satış məsləhətçiləri ilə əlaqə saxlaya bilərsiniz.

Şirkət barədə məlumat:

Bakıxanov Rezidens Komplekslər Qrupu – özünü daşınmaz əmlak bazarında müsbət tərəfdən tanıtmış, müvəffəqiyyətlə inkişaf edən tikinti şirkətidir. Əsas prinsipi – yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə, ən son texnologiyalar və materiallar vasitəsilə müasir və keyfiyyətli binalar tikməkdir. Şirkət, davamlı inkişafını bütün fəaliyyət sahələrinin inkişafı, qurulmuş dəqiq strategiyaya riayət etməklə tikinti işlərinin həcminin artması və əlaqələrin genişləndirilməsi sayəsində yeni mövqelərə yüksəlməkdə görür.

Oxumağa dəyər:   Texasda atışma olub, ölən və yaralananlar var

Bakıxanov Rezidens Komplekslər Qrupu

Ünvan:

Baş ofis və satış mərkəzi: Bakıxanov qəsəbəsi, S. Mehmandarov küç., 12

“Koroğlu” layihəsinin satış mərkəzi: Bakıxanov qəsəbəsi, B. Bünyadov küç., 246

Tel.: (050/055/070) 292 11 11

www.rezidens-az



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir – VİDEO

Multimedia 01/07/2022 10:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2022-ci ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) bölmələrində təlim-məşqləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Praktiki məşqlərdə komandolar maneələri yüksək peşəkarlıqla dəf edərək kəşfiyyat cığırının açılması və şərti düşmənin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər.

Komandoların fərdi bacarıqlarının, eləcə də atəş və taktiki hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO

Multimedia 30/06/2022 17:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bu hərəkət həm hüquqi, həm də etik baxımdan ciddi pozuntudur”.

Bunu hüquqşünas, media eksperti Ələsgər Məmmədli ötən gün ARB televiziyasında aparıcı Zaur Kamalın müğənni Afşin Azərini canlı efirdən qovması haqda fikir bildirərkən deyib.

Onun sözlərinə görə, baş vermiş hadisədə bir sıra hüquq pozuntuları var: “Hüquqi baxımdan pozuntudur, ona görə ki, Media Qanunun 14-cü maddəsinin 1.7-ci bəndi bütün yayımçıların, o cümlədən audiovizual yayımçıların heç kimin şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verilməməli olduğunu bildirir. Həmin Qanunun 39.1.3. maddəsində isə bu tələblərə riayət etmək vəzifəsi audiovizual yayımçının vəzifələri arasında göstərilir. Yəni sadəcə “aparıcı”nın məsuliyyəti yox, həm də onu efirə buraxan ARB televiziyasının məsuliyyəti vurğulanır.

Bundan sonra qanunun tələblərinə nəzarət baxımından hüquqi tələblər ortaya çıxır. Media Qanununun 47.1.5. maddəsi audiovizual media sahəsində bu Qanunun tələblərinin yerinə yetirilməsinə nəzarət etmək öhdəliyini Audiovizual Şuranın boynuna qoyub. Yəni, 14-cü maddənin 1.7-ci bəndindəki tələbə əməl olunmasına nəzarət Audiovizual Şuranın vəzifəsidir. Bununla da məsuliyyət daşıyan qurumların çərçivəsi bitmir. Sonrakı məsuliyyət MEDİA Agentliyinə yüklənib. Qanunun 75-ci maddəsinin 1-ci bəndinə görə 14.1-ci maddənin tələblərinin pozulmasına (yəni özünə “məşhur aparıcı” deyən şəxsin yol verdiyi hərəkətlərə) görə MEDİA Agentliyi il ərzində 3 (üç) dəfə xəbərdarlıq etdikdən sonra həmin pozuntuları yayımçı təkrar törətdikdə onu Media Reyestrindən çıxarır. Deməli, bu hadisəyə görə Agentlik də rəsmi xəbərdarlıq etməlidir”.

Oxumağa dəyər:   Şəmkirdə qadın əri tərəfindən bıçaqlandı

Ekspert məsələnin etik tərəfi ilə bağlı Mətbuat Şurasının 2003-cü ildə qəbul etdiyi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarında qeyd edildiyini əlavə edib: “3.1-ci maddədə göstərilir ki, jurnalist adamları, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır. Halbuki, efirdə “aparıcı” məhz etikadan kənar hərəkət və danışıqları bu konteksdə başlayır. Peşə Davranışı Qaydalarının 3.2. maddəsində isə etik tələb budur ki, jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır”.

Qeyd edək ki, sözügedən videonu ARB TV-nin özü rəsmi yutub hesabına yükləyib. Kanal videonu elə “Studiyada gərgin anlar: Zaur Kamal Afşin Azərini efirdən çıxardı” adı ilə paylaşıb. Beləliklə, müdaxilə imkanı olsa da, yaradıcı heyət kadrları tam halda efirə verib və yayılması istiqamətində də səy göstərib. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Multimedia 30/06/2022 16:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

***

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda çıxış edib.

***

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli xanımlar və cənablar.

Hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.

Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.

Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.

Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.

Oxumağa dəyər:   KİV: "Ukraynadakı münaqişə NATO-nu üç düşərgəyə bölüb"

Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.

Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.
Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələlər bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.

Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.

Oxumağa dəyər:   KİV: "Almaniya Ukraynanın üzvlüyündən sonra Aİ-də təsirini itirməkdən qorxur"

Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.

Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.

Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.

2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.

Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.

Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.

Oxumağa dəyər:   Zelenski işğaldan azad olunan yaşayış məntəqələrinin sayını açıqlayıb

Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.

Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm.
Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.
Sağ olun.

***

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.

Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

 






InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO

Multimedia 30/06/2022 12:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Eminli və Ərəb kəndləri ilə yanaşı,Masallı rayonunun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO

Multimedia 30/06/2022 11:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO

Multimedia 30/06/2022 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

***

İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.

Oxumağa dəyər:   Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım ayırır

Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlət başçısı konfransda çıxış edir.

“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.

Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Solovyov Azərbaycandan üzr istədi – Video

Multimedia 30/06/2022 10:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramının efirinə dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.

Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında bu barədə danışıb.

Rusiyalı jurnalist separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”.

Bununla yanaşı, Solovyov daha sonradan Azərbaycandan növbəti dəfə üzr istəyib. 

Jurnalist “Вечер с Соловьевым” verilişinin efirində yenidən siyasi səhvə yol verdiyini təkrarlayıb: “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında Bakıda qəbuledilməz olaraq qiymətləndirilən hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər olur”.

Oxumağa dəyər:   DİN polisin ölümü ilə bağlı açıqlama yaydı

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video

Multimedia 30/06/2022 10:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda “Qrand” hotelin fəaliyyəti məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən mehmanxanada yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– birinci və ikinci mərtəbələrdə təxliyə yolları yanar meteriallarla üzlənib;

– mətbəx sahəsində daxili qaz boruları yivli birləşmələrlə istismar olunur və mətbəxdə qaz sızmasının xəbərdar edilməsi üçün avtomatik xəbərverici qurğu quraşdırılmayıb;

– obyektin ərazisində qeyri-standart qaz su qızdırıcısından istifadə olunur;

– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

– elektrik paylayıcı lövhəsinin, qazanxana və mətbəx sahələrinin elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;

– mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməyib;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;

Oxumağa dəyər:   DİN polisin ölümü ilə bağlı açıqlama yaydı

– obyektin çardaq sahəsinin, dəhlizin və qonaq otaqlarının üzləndiyi taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, “Qrand” mehmanxanasında işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 02/07/2022 20:35

Türkiyə ilk dəfə olaraq “Akıncı” lazerlə idarə olunan raketi sınaqdan keçirib – VİDEO

Read more
Multimedia 02/07/2022 12:53

Təhlükə yaradan obyektin istismarı dayandırıldı – Video

Read more
Multimedia 02/07/2022 11:44

I qrup əlil yanan evdən belə xilas edildi – Video

Read more
Multimedia 01/07/2022 15:59

Murovdağ tuneli belə olacaq – Video

Read more
Multimedia 01/07/2022 15:41

Bakının bu qəsəbəsini ağcaqanadlar basıb – Video

Read more
Multimedia 01/07/2022 15:39

“Nizami City” Yaşayış Kompleksinin Satış Ofisi artıq fəaliyyətdədir! – VİDEO

Read more
Multimedia 01/07/2022 14:05

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib – VİDEO

Read more
Multimedia 01/07/2022 11:38

Metronun yanında mənzil al, qaraj hədiyyən olsun – Fotolar+Video

Read more
Multimedia 01/07/2022 10:11

Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir – VİDEO

Read more
Multimedia 30/06/2022 17:46

Təkcə Zaur deyil, ARB də məsuliyyət daşıyır – VİDEO

Read more
Multimedia 30/06/2022 16:41

Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Read more
Multimedia 30/06/2022 12:23

“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO

Read more
Multimedia 30/06/2022 11:31

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO

Read more
Multimedia 30/06/2022 11:14

Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO

Read more
Multimedia 30/06/2022 10:38

Solovyov Azərbaycandan üzr istədi – Video

Read more
Multimedia 30/06/2022 10:32

FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video

Read more
Multimedia 30/06/2022 09:47

Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq – VİDEO

Read more
Multimedia 29/06/2022 21:59

Sumqayıtda qadını avtobusdan itələyən sürücü saxlanıldı – Video

Read more
Multimedia 29/06/2022 17:14

“Sherlock’s” restoranı söküldü – Video

Read more
Multimedia 29/06/2022 16:50

Goranboy və Naftalana suyun verilməsi bərpa olundu – Video

Read more
Multimedia 29/06/2022 12:10

“Hyundai”da kanala düşdülər – Video

Read more
Multimedia 29/06/2022 10:11

Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib – VİDEO

Read more
Multimedia 29/06/2022 09:56

Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb – Video

Read more
Multimedia 28/06/2022 19:12

Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Read more
Multimedia 28/06/2022 17:14

32 narkotacir tutulub – DİN – VİDEO

Read more
Multimedia 28/06/2022 16:08

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO

Read more
Multimedia 28/06/2022 15:44

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Hadisə 28/06/2022 13:56

Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Read more
Multimedia 28/06/2022 11:03

“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO

Read more
Multimedia 28/06/2022 10:35

Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO

Read more
Multimedia 27/06/2022 15:38

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Read more
Multimedia 27/06/2022 14:23

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Read more
Multimedia 27/06/2022 09:34

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 26/06/2022 19:20

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Read more
Multimedia 26/06/2022 14:02

Bu çaydan sel keçdi – Video

Read more
Multimedia 26/06/2022 09:18

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla