“Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin qardaşı qızı Nur ben Laden İsveçrənin Cenevrə şəhərində, əlində “Tramp qalib gəldi” plakatını tutaraq Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Cozef Baydenin görüşünə etiraz edib.

“Hill” nəşri bildirib ki, Nur bin Laden bir neçə gündür Amerika və Rusya liderlərinin görüşdüyü Cenevrə şəhərində etiraz edir. Onun fikrincə, keçmiş dövlət başçısı Donald Tramp 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanıb.