ABŞ-ın “Microsoft” şirkətinin banisi Bill Qeyts sərvətinin miqyasına görə 20 il əvvəlki göstəricilərə nail olub və 100 milyarddan çox dollar qazanıb.

Bildirilir ki, Qeytsin sərvəti şirkətin səhmlərinin 120-dən 123 ABŞ dollarına qədər bahalaşmasından sonra 100 milyard dolları ötüb.

Bu halda o, dünyanın ən zəngin insanlarının siyahısında “Amazon”un banisi Ceff Bezosdan geri qalır. Bezosun sərvəti 153,2 milyard dollar təşkil edir. Amma məsələ ondadır ki, xanımı Makkenzi ilə boşandıqdan sonra o, sərvətinin dörddə birini qadına verəcək.

Bill Qeyts “Microsoft”un əsasını 1975-ci ildə dostu Pol Allenlə birlikdə qoyub. Şirkət beş il ərzində dünyanın ən böyük istehsalçısı olub. “Microsoft”un 103 milyon səhmi var.

Daha əvvəl “Microsoft”un təsisçisi 2018-ci ilin ən yaxşı hesab etdiyi beş kitabının adını paylaşıb.

İstinadlar Report