“Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib.

O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.

“Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər”, – milyarder öz bloqunda yazıb.

Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.

İstinadlar Report