AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Naxçıvanda yararsız at əti mal əti adı altında restoranlara satılırmış
  • “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir” – İlham Əliyev
  • Vaksinasiya ilə bağlı son vəziyyət
  • Misir Prezidenti Ermənistana gedib
  • Yoluxanların sayı açıqlandı
  • “İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” – RƏY
  • Leyla Abdullayeva Fransa Senatının komitə sədri ilə regiondakı durumu müzakirə edib
  • ATƏT-in Baş katibi: “Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm”
  • Karen Donfrid: “Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri Azərbaycan-Ermənistan danışıqlarıdır”
  • Tacikistanın XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb
  • “İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” – RƏY
  • Tacikistanın XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb
  • Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib
  • Ekspert: “Demokratik dünya Azərbaycanı dəstəkləməlidir”
  • Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb”
  • Narkotik satışına görə İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıb
  • Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb
  • Qırx səkkiz günlük dirəniş – Xankəndi-Laçın yolundakı aksiyanın tələbləri dəyişməzdir
  • Misir Prezidenti Azərbaycana başsağlığı verib
  • “Rusiya və İranın Cənubi Qafqaz regionunda fəallığı narahatlıq doğurur”
  • ABŞ dövlət katibinin müavini: “Moskva və Tehranın Cənubi Qafqazda fəallığı təşviş doğurur”
  • Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək
  • Fatih Dönməz: “Türkiyə LNG tədarükü ilə Avropaya enerji böhranından çıxmağa kömək edə bilər”
  • “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
  • Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb – Fotolar
  • Fransadan Azərbaycanın Tehrandakı səfirliyinə hücuma – Reaksiya
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Biləsuvardakı bu obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video
06/12/2022 14:09
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
28/01/2023 10:47
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
28/01/2023 10:30
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
28/01/2023 09:32
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO
27/01/2023 23:09
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
27/01/2023 21:31
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
27/01/2023 20:23
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
27/01/2023 18:04
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
27/01/2023 15:40
“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video
27/01/2023 13:47
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video
26/01/2023 21:20
Daha 34 qazi polisdə işə qəbul edildi
26/01/2023 15:30
Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video
25/01/2023 22:52
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video
25/01/2023 18:04
“Azərsu” xəbərdarlıq etdi – Video
25/01/2023 16:44
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
25/01/2023 15:20
“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video
25/01/2023 11:14

Video xəbərlər

  • Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO
  • Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
  • “Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video
  • İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO
  • “Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

28/01/2023
17:14 Naxçıvanda yararsız at əti mal əti adı altında restoranlara satılırmış
17:11 “BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir” – İlham Əliyev
17:02 Vaksinasiya ilə bağlı son vəziyyət
16:59 Misir Prezidenti Ermənistana gedib
16:56 Yoluxanların sayı açıqlandı
16:50 “İranın yeni hökuməti Azərbaycana qarşı daha aqressivdir” – RƏY
16:47 Leyla Abdullayeva Fransa Senatının komitə sədri ilə regiondakı durumu müzakirə edib
16:32 ATƏT-in Baş katibi: “Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirəm”
16:26 Karen Donfrid: “Entoni Blinkenin gündəliyindəki əsas məsələlərdən biri Azərbaycan-Ermənistan danışıqlarıdır”
16:23 Tacikistanın XİN başçısı Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb
16:10 Baş nazirdən Mədəniyyət Nazirliyi ilə bağlı qərar
16:08 Türkiyə səfiri şəhid Orxan Əsgərovun yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib
16:05 Türkiyə şirkəti NATO üçün proqram təminatı hazırlayır
15:59 Yaradıcı insanları işsiz qoyacağı deyilən “Chat GPT” Azərbaycanda
15:41 Goranboyda minik və yük maşınları toqquşub, 4 nəfər xəsarət alıb
15:35 Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb
15:32 Mövlud Çavuşoğlu Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Tehrana çağırış edib
15:29 Misir Prezidenti: “Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında maraqlıyıq”
15:23 Azərbaycan lideri: “Hələ ki, sülh əldə edilməyib”
15:20 Dövlət başçısı: “Azərbaycan və Misir əməkdaşlığı dərinləşdirilməli və genişləndirilməlidir”
15:17 İlham Əliyev: “Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir və bir daimi yer mütləq İƏT üzvünə verilməlidir”
15:14 Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri başa çatdı
15:11 Ekspert: “Demokratik dünya Azərbaycanı dəstəkləməlidir”
15:05 Səlcuq Bayraktar: “Türk orduları PUA-larla ilk qələbəni Qarabağda qazanıb”
14:38 Hava ilə bağlı xəbərdarlıq
14:28 Narkotik satışına görə İran vətəndaşının rəhbərlik etdiyi cinayətkar dəstənin üzvləri saxlanılıb
14:26 İlham Əliyevin adından Misir Prezidentinin şərəfinə nahar verilib
14:17 Ötən il uşaqlar arasında ən çox bu xəstəlik aşkarlanıb
14:14 Qırx səkkiz günlük dirəniş – Xankəndi-Laçın yolundakı aksiyanın tələbləri dəyişməzdir
13:56 Azərbaycan və misirli investorlar üçün asanlaşdırıcı tədbirlər görüləcək
13:55 İlham Əliyev: “Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığımız yoxdur”
13:53 Misir Prezidenti Azərbaycana başsağlığı verib
13:38 “Rusiya və İranın Cənubi Qafqaz regionunda fəallığı narahatlıq doğurur”
13:35 İsraildə növbəti dəfə atışma olub, 2 nəfər yaralanıb
13:26 Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər – Fotolar
13:20 Bakıda hamilə qadın intihara cəhd etdi
13:17 ABŞ dövlət katibinin müavini: “Moskva və Tehranın Cənubi Qafqazda fəallığı təşviş doğurur”
13:08 Şəhid Orxan Əsgərov sabah dəfn ediləcək
13:05 Fatih Dönməz: “Türkiyə LNG tədarükü ilə Avropaya enerji böhranından çıxmağa kömək edə bilər”
12:56 “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir
12:55 Sankt Moritzdə qar polosu üzrə dünya kuboku çərçivəsində Azərbaycan pavilyonu açılıb – Fotolar
12:47 Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi sadələşdirilib
12:46 Malın gömrükdən buraxılmasına dair müraciət baxılması müddəti 1 günə endirilib
12:44 Fransadan Azərbaycanın Tehrandakı səfirliyinə hücuma – Reaksiya
12:43 Bakıda marketdə satıcı xanıma qarşı quldurluq edən şəxs saxlanılıb
12:41 Rayonlara qar yağacaq
12:29 Türk Ocaqları Birliyi Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu pisləyib 
12:23 Səfirliyə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimi keçirilir
12:17 Bakıda şəhidimizin yas mərasimi keçirilir – Fotolar
12:11 Azərbaycanın 522 QHT-si ölkəmizin İrandakı səfirliyinə terror hücumunu pisləyib – BƏYANAT
12:02 Rusiya və Türkiyə ortaq qaz qovşağının təhlükəsizliyi ilə bağlı müzakirələrə başlayıb
11:56 Bakıda evdə yanğın olub
11:53 Sumqayıtda idarənin anbarından oğurluq olub
11:45 Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü oldu
11:44 Tanınmış nevroloq vəfat etdi
11:38 “Heydər Əliyev-100” yubiley medalının yaradılması Milli Məclisin işlər planına daxil edilib
11:35 İnterpolun axtardığı azərbaycanlı Gürcüstanda tutuldu
11:32 Türkiyədə avtobus qəzaya uğrayıb, 25 nəfər yaralanıb
11:29 Paşinyan erməni qadınların orduya cəlb ediləcəyini bildirir
11:17 İtaliya və Fransa Ukraynaya HHM sistemləri üçün raketlər göndərmək niyyətindədir

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Biləsuvardakı bu obyektin fəaliyyəti məhdudlaşdırıldı – Video

Multimedia 06/12/2022 14:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

– obyektin layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

– obyekt tərtib olunmuş layihəyə uyğun inşa olunmayıb, iaşə obyektinə məxsus tikililərin yaxınlıqda yerləşən yanacaqdoldurma məntəqəsinin yeraltı yanacaq çənləri ilə ara məsafəsi normalara uyğun olaraq 25m əvəzinə 3m təşkil edir;

– obyekt ilkin yanğınsöndürmə vasitələri və yanğına qarşı avadanlıqlarla təmin edilməyib;

– otaqlarda qurulmuş yanğınxəbərverici siqnalizasiya sistemi işlək və saz vəziyyətdə deyil, normalara uyğun detektorlarla təmin edilməyib və s.

Oxumağa dəyər:   Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Biləsuvar rayonu ərazisində, Bəhrəmtəpə yolunun yaxınlığında yerləşən iaşə obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.









İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Hadisə 28/01/2023 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.

FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.

Oxumağa dəyər:   Füzulidə gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Multimedia 28/01/2023 10:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.

Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.

Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Multimedia 28/01/2023 09:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.

TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.

Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.

Daha ətraflı videosüjetdə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Multimedia 27/01/2023 23:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər  – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.

Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Multimedia 27/01/2023 21:31
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.

Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.

“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.

Daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Multimedia 27/01/2023 20:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.

Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.

Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.

Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

Oxumağa dəyər:   Yaponiya səfirliyi Azərbaycan səfirliyində baş vermiş terror aktı ilə əlaqədar başsağlığı verib

Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Hadisə 27/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.

Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Hadisə 27/01/2023 15:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.

Oxumağa dəyər:   Rayonlara qar yağacaq

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Multimedia 27/01/2023 13:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir. 

Xırdalan şəhərində yerləşən “Mormor” restoranında elektrik enerjisindən kənar istifadə halı ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.

Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.

Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.

Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.

Oxumağa dəyər:   Fransadan Azərbaycanın Tehrandakı səfirliyinə hücuma - Reaksiya

Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.

Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.

“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.
Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.

Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Multimedia 26/01/2023 21:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.

Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.

Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.

Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.

Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də dələduzların qurbanı olub.

Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirdi. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.

Daxili İşlər Nazirliyindən isə bildirildi ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.

Oxumağa dəyər:   Azərbaycan və Misir liderlərinin müzakirə etdikləri məsələlər açıqlanıb

Xezerxeber-az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Daha 34 qazi polisdə işə qəbul edildi

Multimedia 26/01/2023 15:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələdə qəbul keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ” bildirilib ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan 104 vətəndaşın müraciəti dinlənilib. Nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Səfər çərçivəsində V.Eyvazov Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı ilə tanış olub.

Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verib.

Sonda general-polkovnik bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.






InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Multimedia 25/01/2023 22:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.

Söhbət Badamdar-20-ci sahə yolundan gedir.

Ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib.

Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür.

Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Multimedia 25/01/2023 18:04
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.

Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.

Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, videoçarxa diqqət edək:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərsu” xəbərdarlıq etdi – Video

Multimedia 25/01/2023 16:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.

Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Multimedia 25/01/2023 15:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.

Ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.

“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.

Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Maqazin 25/01/2023 11:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Yanvarın 15-də 84 yaşında dünyasını dəyişən Gürcüstanın Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidzenin illər öncə aparıcı Emin Musaviyə verdiyi müsahibə yenidən gündəmə gəlib.

Kikabidze 75 illik münasibətilə verdiyi müsahibəsində keçdiyi ömür yolu, sənəti haqda danışıb.

Azərbaycanın dostu olan görkəmli sənətkar azərbaycanlılar və Bakı haqda təqdirəlayiq fikirlər səsləndirib: “Biz bir-birimizə çox bənzəyirik. Bilirsiniz, məsələ zahiri oxşarlıqda deyil… Qonaqpərvərlik. Bu, nadir xüsusiyyətdir. Elə xalqlar var ki, onlarda ümumiyyətlə bu cəhət yoxdur. Ona görə yox ki, onlar xəsisdirlər, sadəcə yoxdur. Tanrıdan verilməyib. Mən həmişə deyirəm ki, əgər Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım. Bunu çəkiliş xatirinə demirəm. Bakıda özümü evimdəki kimi hiss edirəm”.

Daha ətraflı aşağıdakı videoda:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Hadisə 28/01/2023 10:47

Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Read more
Multimedia 28/01/2023 10:30

Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Read more
Multimedia 28/01/2023 09:32

“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Read more
Multimedia 27/01/2023 23:09

İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Read more
Multimedia 27/01/2023 21:31

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Read more
Multimedia 27/01/2023 20:23

“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

Read more
Hadisə 27/01/2023 18:04

Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Read more
Hadisə 27/01/2023 15:40

Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Read more
Multimedia 27/01/2023 13:47

“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

Read more
Multimedia 26/01/2023 21:20

Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Read more
Multimedia 26/01/2023 15:30

Daha 34 qazi polisdə işə qəbul edildi

Read more
Multimedia 25/01/2023 22:52

Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Read more
Multimedia 25/01/2023 18:04

Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Read more
Multimedia 25/01/2023 16:44

“Azərsu” xəbərdarlıq etdi – Video

Read more
Multimedia 25/01/2023 15:20

Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Read more
Maqazin 25/01/2023 11:14

“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Read more
Multimedia 24/01/2023 14:28

MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

Read more
Multimedia 23/01/2023 18:35

ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Read more
Multimedia 23/01/2023 17:47

Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Read more
Multimedia 23/01/2023 16:13

“3 milyona yaxın müraciətə çevik reaksiya verilib” – Nazir – VİDEO

Read more
Hadisə 23/01/2023 12:45

Bakıda qadını küçədə soyan Gəncə sakini saxlanıldı – VİDEO

Read more
Multimedia 23/01/2023 10:59

“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

Read more
Multimedia 23/01/2023 09:29

Valideynlər şagirdləri döyən müəllimdən üzr istədilər – Video

Read more
Multimedia 22/01/2023 12:44

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/01/2023 18:14

Son bir ayda Azərbaycanda 65 narkobaron tutulub – Video

Read more
Hadisə 21/01/2023 13:53

Qanunsuz silah gəzdirən 8 nəfəri saxlanılıb – VİDEO

Read more
Multimedia 21/01/2023 12:26

Polis Akademiyası kursant qəbulu elan etdi

Read more
Multimedia 20/01/2023 22:14

Moskva prospektinin adı dəyişdiriləcək? – Video

Read more
Multimedia 20/01/2023 02:59

Prezident Davosda panel iclasında iştirak etdi – Video +

Read more
Multimedia 20/01/2023 02:50

İlhamın qardaşı: “Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi” – Video

Read more
Multimedia 19/01/2023 19:05

Prezidentin iştirakı ilə Davosda səmimi anlar – Video

Read more
Multimedia 19/01/2023 19:00

Kəlbəcər və Laçında hərbi hissələrin döyüş hazırlığı yoxlanıldı – Video

Read more
Multimedia 19/01/2023 18:38

Prezident Davosda panel iclasında iştirak edir – Canlı – VİDEO

Read more
Multimedia 19/01/2023 11:03

Bu MTK-ya məxsus binanın liftinin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 19/01/2023 09:43

Bu uşaq bələdiyyə sədrinə sualı ilə Türkiyədə gündəm oldu – Video

Read more
Multimedia 19/01/2023 00:26

Prezidentin müsahibəsinin – Videosu

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla