Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunu Biləsuvar şəhərinə birləşdirən hissəsindəki dairəni sürücülər “Qanlı dairə” adlandırırlar.

Bu barədə “Report”un Muğan bürosuna sürücülər danışıb.

Onlar bunun səbəbini yolun bu hissəsində baş vermiş çoxsaylı qəzalarla əlaqələndiriblər:

“Demək olar ki, hər həftə bu ərazidə ən azı bir ağır qəza baş verir. Yolun bu hissəsində heç kim bir birini gözləmir. Nəticədə də ağır yol qəzaları baş verir. Yolun bu hissəsinə işıqfor quraşdırılmasını aidiyyəti orqanlardan xahiş edirik”.

İstinadlar Report