Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb.

Biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib.

Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiyməti təxminən 2 dəfə aşağı düşüb. Qiymət birinci biçim üçün ötən il 3-3,5 manat olsa da, hazırda bu qiymət 1,5-2 manata qədər enib.

Fermerlər qiymətlərin ucuzlaşmasının səbəbini bu il daha çox sahədə ot bitkilərinin əkini ilə əlaqələndirirlər.

İstinadlar Report