Biləsuvar rayonunda Azərbaycan Ordusunun yaradılmasının 104 illiyi qeyd edilib.

Tədbir Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun mərkəzi parkında açıq havada keçirilib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli sakinlərlə yanaşı, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.

Bayram tədbirində çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin başcısı Faiq Qürbətov bu günün əhəmiyyətindən söz açıblar. Həmçinin Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlar bir daha diqqətə çatdırılıb.

Tədbirdə bir qrup müharibə iştirakçısı və qaziyə medallar təqdim edilib.

İstinadlar Report