Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Biləsuvar-Bəhramtəpə yolunun Biləsuvar şəhəri yaxınlığında baş verib.

Belə ki, rayon sakini, 1982-ci il təvəllüdlü Atakişiyev İlqar Mehman oğlunun idarə etdiyi BMW markalı avtomobil idaretmədən çıxaraq aşıb.

Nəticədə üç nə.fər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların həyati təhlükələrinin olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov




İstinadlar Qafqazinfo