
Biləsuvarda bu gün qəsdən adam öldürməyə cəhdlə bağlı bəzi təfərrüatlar məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, bu gün saat 16:35 radələrində Biləsuvar rayonu Nəsimi kənd sakini Almasov Azad Xeyrulla oğlu qarının ön divarının, ətrafların çoxsaylı və döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Aparılan ilkin araşdırma ilə müəyyən olunub ki, Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinə daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E. Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görüb oradan qaçıb.
A. Almasov rayon xəstəxanasına çatdırılıb, hazırda əməliyyat olunur və həyati təhlükəsi var.