Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bəhramtəpə-Biləsuvar avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı iki minik avtomobili toqquşub. Hadisə zamanı rayon sakini Ə.Vəlizadə və daha bir nəfər yaralanıb.

Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İstinadlar Report