Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında Muğan Regional Mərkəzinin hazırlıq planına müvafiq olaraq, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.

Məqsəd fövqəladə halların qarşısının alınması üzrə profilaktik tədbirlərin yerinə yetirilməsi, fövqəladə hallar zamanı əhali və işçilərin mühafizəsinin təşkili, mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi üzrə idarəetmə orqanların əldə olunmuş əməli vərdişlərini və hazırlığını təkmilləşdirməkdir.

Eyni zamanda fövqəladə hadisələr zamanı mülki müdafiə qüvvələrinin hazır vəziyyətə gətirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi üzrə görüləcək tədbirlərin təkmilləşdirilməsidir.

Qeyd edək ki, məşqdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının rəhbər, komandir-rəis heyəti, hərbiləşdirilmiş mülki müdafiə dəstələrinin şəxsi heyəti və dəstələrə cəlb olunmayan əməkdaşlar iştirak ediblər.

İstinadlar Report