İlin əvvəlindən Biləsuvar rayonunda ət və süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə “Report”un Muğan bürosuna Biləsuvar Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-noyabr aylarında rayonda 7 298,4 ton ət istehsal olunub. Bu rəqəm 1 il əvvəl 7 030,5 ton olub.

İstinadlar Report