Biləsuvarda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb olunub.
Ətraf mühitin mühafizəsinin daha gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbirlər zamanı rayonun Nərimankənd və Səmədabad kəndləri ərazisində məişət tullantılarının qalaqlanması halları aşkarlanıb.