Biləsuvar rayonunun Xırmandalı kəndində dekabrın 8-də saat 03 radələrində kənd sakini 1982-cil təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

***

Biləsuvar rayonunun Xırmandalı kəndində 1982-cil təvəllüdlü Mehtun Qarayevi şəxsi münasibətlər zəminində qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Bu  DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.

İstinadlar Qafqazinfo