Münhen Prokurorluğu əllərində Almaniya Silahlı Qüvvələrinin gizli kommersiya sənədləri olan “Airbus” konserninin bir neçə işçisi barədə araşdırma aparır.

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, sənəddə Bundesverin almağa hazırlaşdığı avadanlıq göstərilib. O cümlədən konsernə Almaniya Silahlı Qüvvələrinin hansı rabitə sistemini almaq istədiyi də məlum olub.

Bildirilir ki, belə sənədlərin aşkar olunması barədə şirkət özü prokurorluğa və Almaniya Müdafiə Nazirliyinin nümayəndələrinə məlumat verib.

“Nəticədə şirkət qalmaqalda adı hallanan 20-yə yaxın əməkdaşını işdən azad edib. Bundesver də öz növbəsində, hərbçilərdən birinə qarşı intizam tədbirləri görüb”, – məqalədə deyilir.

İstinadlar Report