
Gürcüstanın keçmiş Baş naziri, milyarder Bidzina İvanişvili siyasətə qayıdıb.
Bu barədə məlumatı “İmedi” telekanalı yayıb.
Məlumata görə, ölkənin hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiya qurultay zamanı sözügedən siyasi qüvvənin təsisçisi B.İvanişvilini onun fəxri sədri seçib.
Qeyd edək ki, İvanişvili siyasi fəaliyyətini 2021-ci ilin əvvəlində başa vurmuşdu.