Yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluqdan verilən məlumata görə, zərərçəkmişin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədov şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirib.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo