“Bu gün biz birgə bəyanatla bağlı razılaşdıq. Açığını deyim ki, hər şey razılaşdırılmayıb, bəzi şeylər əvvəllər mütəxəssislər səviyyəsində işlənmiş mətndən çıxarılmalı idi”.

Bunu Rusiya dövlət başçısı Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdən sonra deyib. 

“Bununla belə, görüşün faydalı olması ilə bağlı ümumi qiymətləndirmə ilə razıyam və bu, bütövlükdə vəziyyətin həlli istiqamətində gələcək addımlar üçün şərait yaradır”, – Putin vurğulayıb.