Rusiya xarici işlər naziri Serqey Lavrov Avropa İttifaqının (Aİ) fəaliyyətini tənqid edib.

Nazir bu barədə Minskə səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib. 

“Bir çox Aİ ölkəsi güclü mövqelərinə görə başqaları ilə təkəbbürlə danışmaq vərdişlərindən əl çəkmir. Bu vərdiş qarşılıqlı hörməti, bərabər dialoqun bərpası imkanlarını məhdudlaşdırır”-, deyə Lavrov qeyd edib.

Lavrov eyni zamanda Avropa dövlətlərinin başqa ölkələrin daxili işlərinə hələ də müdaxilə etdiklərini bildirib: “Bu ölkələr “rəngli inqilablar” adlanan çirkli metodlardan istifadə etməyə davam edirlər. Həmin metodların Belarusda necə tətbiq olunduğunu görürük”.

O, son zamanlar Almaniyanın NATO və Aİ-na üzv olmayan ölkələrə qarşı aqressiv münasibət göstərdiyini qeyd edib, Qərbin insan hüquqları mövzusunda ikili standartlar göstərdiyinə diqqət çəkib.

Rusiya XİN rəhbəri Fransa, Almaniya və Polşadakı aksiyalarda polisin nümayişçiləri dağıtmaq üçün şiddət tətbiq etməsinə baxmayaraq, heç bir ölkənin səs çıxarmadığını bildirib. 

İstinadlar Qafqazinfo