Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.

Bu barədə avqustun 7-də Livanın səhiyyə naziri Hamed Həsən məlumat verib.

Onun sözlərinə görə, ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayı arta bilər.

Nazir bildirib ki, yaralıların ümumi sayı 5 minə yaxındır.

Bir müddət əvvəl 137 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

İstinadlar Report