Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.
Bu barədə İran KİV-i məlumat ayyıb.
Bildirilib ki, qurğular Livanın cənubunda da partlayıb.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb.
Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.