Moldova parlamenti hökumətin Beynəlxalq Valyuta Fondundan (BVF) ümumilikdə təxminən 440 milyon ABŞ dolları məbləğində iki kredit götürmək qərarını təsdiqləyib.

Bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

BVF-dən xarici dövlət krediti genişləndirilmiş kredit və maliyyələşdirmə mexanizmləri vasitəsilə cəlb ediləcək.

Vəsaitlərin Moldovada infrastruktur, enerji, səhiyyə, təhsil sahələrində müxtəlif layihələrin həyata keçirilməsinə, eləcə də yeni iş yerlərinin yaradılmasına yönəldilməsi nəzərdə tutulur. Hər iki kredit on il ərzində ödənilməlidir.

İstinadlar Report