Ermənistanın paytaxtı Yerevan bir sıra iqtisadi göstəricilərinə görə Azərbaycanın paytaxtı Bakıdan geri qalır.
Bu dünyaca məşhur “Numbeo” statistika resursu ekspertlərinin araşdırmasında yer alıb.
Qeyd edilir ki, Bakıda mənzil kirayəsi xərcləri Ermənistanın paytaxtı Yerevandan 50,1 % aşağıdır. Eyni zamanda Ermənistanın paytaxtında ictimai iaşə müəssisələrində xidmətlər də Azərbaycanın paytaxtından bahadır. Belə ki, Bakı restoranlarında qiymətlər Yerevandan 26,0 % aşağıdır.