Müstəmləkə idarəçiləri ilə mübarizədə Azərbaycanın təşəbbüslərini alqışlayıram.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Bakı Təşəbbüs Qrupunun ev sahibliyi ilə baş tutan “Dekolonizasiya: Səssiz İnqilab” adlı konfransda iştirak edən qlobal idarəetmə üzrə beynəlxalq məsləhətçi və ABŞ-yə məxsus Virgin adaları hökumətinin keçmiş xarici işlər naziri Dr.Karleyl Corbin bildirib.

Ekspert vurğulayıb ki, o, müstəmləkəçilikdən əziyyət çəkən ərazilər, xüsusilə Karib hövzəsi, Sakit və Hind okeanı üzrə araşdırmalar aparır:

“Azərbaycanın təşəbbüsü dünya ictimaiyyətinin məlumatsız olduğu bir çox məsələləri gündəmə gətirir və müstəmləkə zülmü altında olan ölkələrdə nələrin baş verdiyini nümayiş etdirir. Bu təşəbbüs müasir dekolonizasiya məsələsi ətrafında beynəlxalq qüvvələrin səfərbər olunması və real nəticələrin əldə edilməsi baxımından olduqca vacibdir”.

İstinadlar Report