
Erməni qəsbkarlarının cinayətləri ilə bağlı beynəlxalq məhkəmələrə müraciət istiqamətində işlər davam etdirilir.
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev rəsmi mətbuata məqaləsində bildirib.
“Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Vətən müharibəsi gedişində qanunsuz erməni birləşmələrinin törətdikləri hər bir cinayət faktı üzrə döyüş əməliyyatlarının aparıldığı şəraitdə mümkün istintaq hərəkətləri həyata keçirilməklə zəruri tədbirlər görülmüşdür.