Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda keçirilən forum bu gün fəaliyyətini Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə davam etdirir.

Şuşa şəhərindən sonra Gəncəyə gələn tədbir iştirakçıları Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Qonaqlara dahi Azərbaycan şairinin həyat yolu və məqbərənin tarixi haqqında məlumat verilib.

Məqbərəni ziyarət etdikdən sonra qonaqlar “Nizami Gəncəvi irsinin tərənnümü” mövzusunda paneldə iştirak edəcəklər.

İstinadlar Report