Azərbaycan tərəfi bu gün Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurdğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib.

Bu barədə Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında yazıb.

O, qeyd edib ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.