“Azərbaycan postmüharibə dövründə istər azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, istərsə də regionda əbədi sülhün əldə edilməsi istiqamətində davamlı addımlar atır. Bu baxımdan Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün atılan beynəlxalq addımlara hər cür dəstək verir”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər bu istiqamətdə beynəlxalq birlik tərəfindən atılan addımlardan biridir:

“Məlum olduğu kimi mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub. Bu formatda keçirilən sayca üçüncü görüş ümumilikdə 5 saat çəkib, bütün məsələlər nəzərdən keçirilib, uğurlu nəticələr əldə olunub”.

Deputat qeyd edib ki, bu görüşdə Azərbaycanda yaşayan erməni əhalisinin hüquqları barədə də danışılıb:

“Azərbaycan özü həmişə onların təhlükəsizliyinə təminat verəcəyini bəyan edib. Görüşdə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin taleyi müzakirə olunub ki, bu da Azərbaycanın hər zaman önə çıxardığı məqamlardandır. Eyni zamanda yaxın zamanlarda Azərbaycanla Ermənistanın sərhədində sərhəd komissiyalarının ilk birgə iclasının keçirilməsi razılaşdırılıb. Komissiya sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq. Bu da Azərbaycanın tələb etdiyi məsələlərdən biri idi”.

Deputatın sözlərinə görə kommunikasiyaların açılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Zəngəzur dəhlizinin reallaşdırılması, beynəlxalq daşımaların tənzimlənməsi və digər məsələlər barədə razılığa gəlinməsi də Azərbaycanın aktivinə yazılmalıdır: