Türkiyə vətəndaşı 01.01.1995-ci il təvəllüdlü Akdı Namik Kemalın cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş A.N.Kemal 2024-cü ilin oktyabr ayında Naxçıvan ərazisində müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

İstinadlar Report