Beynəlxalq Amnistiya Təşkilatı (BAT) Fransanı Yeni Kaledoniyanın yerli xalqı – kanakların hüquqlarını qorumağa çağırıb.

Bu barədə qurumun Sakit okean bölgəsi üzrə araşdırmaçısı Kate Şutze ( Kate Schuetze) bildirib.

Fransanın Yeni Kaledoniyada TikTok sosial media platformasının qadağan ediləcəyi ilə bağlı açıqlamalara toxunan qurum rəsmisi bildirib ki, əsaslı tələb olmadığı təqdirdə bu addımın atılması ifadə azadlığının pozulması kimi qiymətləndirilməlidir: “Etirazlara cavab olaraq qadağaların tətbiqi dünya hökümətləri üçün təhlükəli presedent yarada bilər. Fransa baş verənlərə ciddi reaksiya verməlidir. Hakimiyyət kanak xalqının yaşamaq və ifadə hüquqlarını qorumalı, müstəqillik istəyən insanların öz fikirlərini dinc yolu ilə ifadə edə bilməlidir”.

İstinadlar Report