Beyləqanda 6 nəfərin xəsarət almasınlar nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, rayonun Daşbrun qəsəbəsində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “VAZ” 21015 markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə olmaqla 6 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Yaralılardan dörd nəfəri Füzuli rayon sakini iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

İstinadlar Report