
Beyləqan rayonunda yol qəzası baş verib.
Hadisə rayonun Daşburun yolunda baş verib.
Belə ki, 50 BT 575 dövlət nömrəli nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarə etməni itirərək yol kənarındakı su kanalına aşıb.
Nəticədə avtomobildə 3 nəfərdən 2- i ölüb, bir nəfər ağır xəsarətlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb, ölənlərin kimliyi araşdırılır.