Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

Paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana –  yaşadıqları G.Əsədov küçəsinə  gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı