Beyləqanda münaqişə zamanı ər arvadını baltalayıb.

Hadisə rayonun Mil qəsəbəsində baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Muradxanov Tahir Camal oğlu həyat yoldaşı olan rayon sakini 1970-ci il təvəllüdlü Cəfərova Dilruba Əli qızı ilə aralarında yaranmış mübahisə zamanı ona balta ilə xəsarətlər yetirib.

Qadın Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.