Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarına uyğun olaraq Beyləqanda da əsaslı şəkildə bərpa-abadlıq işləri uğurla davam etdirilir.

Aparılan quruculuq işləri çərçivəsində növbəti asfaltlama işləri şəhər mərkəzində – şəhid Şamil Həsənzadə adına küçədə həyata keçirilir.

Yeni yolların salınması yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə yanaşı, sakinlərin də rahat gediş-gəlişini təmin edəcək.

Şəhər mərkəzi və kənd yollarının təmiri, yenidən qurulması işi mərhələli şəkildə davam etdiriləcək. Görülmüş işlər sakinlər tərəfindən böyük rəğbət və razılıqla qarşılanır.






İstinadlar Qafqazinfo