Ötən gündən etibarən sosial şəbəkələrdə Astaranın ucqar kəndində çəkilmiş bəy-gəlin fotosu marağa səbəb olub.

Məlumata görə, həmin görüntülər dünən gəlinin rayonun Hamoşam kəndindən Motalayataq kəndinə gəlin köçdüyü zaman çəkilib.

Cütlüyün toy mərasimi yanvarın 15-də olub. Dünən isə gəlin adıçəkilən kəndə gəlin köçüb. Elə ötən gün də kəndə 40 sm hündürlükdə qar yağıb. Bu səbəbdən də yeni evlənən cütlük qız evindən kəndin əsas yoluna çıxmaq üçün 150 metr piyada yol qət ediblər.