Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədr müavini Söhrab Əmrahov oğlu Bəxtiyar Əmrahovun evində qeyri-qanuni axtarış aparıldığını deyir. Onun iddiasına görə, həyat yoldaşı Xaçmaz polis şöbəsinin Etibar adlı əməkdaşını oğlu Bəxtiyarın həyətdəki iş otağından çıxarkən görüb.

Daxili İşlər Nazirliyi bu iddianı təkzib etsə də, Bəxtiyar Əmrahovun saxlanılaraq izahatının alındığını açıqlayıb. 

Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov deyib ki, iyulun 30-da rayon sakini tərəfindən Xaçmaz RPŞ-yə rayon ərazisində diş texniki kimi fəaliyyət göstərən Bəxtiyar Əmrahovdan şikayət daxil olub: “Şikayətçi bildirib ki, 3 il əvvəl stomotoloji xidmətlər üçün B.Əmrahov ondan 500 (beş yüz) manat pul almasına baxmayaraq heç bir müalicə işi aparmayıb.

Həmin şikayətlə əlaqədar B.Əmrahov rayon polis şöbəsinə dəvət olunaraq, izahatı alındıqdan sonra sərbəst buraxılıb”.

 

İstinadlar Qafqazinfo