Suriyadakı rejimin başçısı Bəşşar Əsəd prezident seçkisi keçirməyə hazırlaşır.

Seçki bu ilin mayın 26-da keçiriləcək.

B.Əsəd yenidən prezidentliyə namizəd olacaq.

Qeyd edək ki, B.Əsəd 2000-ci ildən Suriyaya rəhbərlik edir. O, dövlət başçısı olan atası Hafiz Əsədin vəfatından sonra hakimiyyətə gəlib.

2011-ci ildən ölkədə vətəndaş müharibəsi gedir.