Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü bildirilir.

“Flightradar24” saytının məlumatında isə bildirilir ki, təyyarə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.

Bir sıra yerli mənbələrdə də onun hava gəmisinin vurulması ehtimalına üstünlük verilib.

“Reuters” onu da bildirib ki, təyyarədə kimlərin olduğu hələlik tam dəqiqləşməyib.

İstinadlar Qafqazinfo